• şənbə, 27 Aprel, 00:28
  • Baku Bakı 14°C

Azərbaycanın tanınmışlarından "Formula 1" yarışlarına dəstək - Fotolar

17.06.16 18:12 1628
Azərbaycanın tanınmışlarından "Formula 1" yarışlarına dəstək - Fotolar
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Avtomobil Fedarasiyasının birgə təşkilatçılığı ilə Formula-1 yarışlarına dəstək olaraq, Azərbaycanın tanınmış insanları arasında "Elit" Ticarət və Əyləncə Mərkəzində metkartinq yarışması keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov açaraq turnir barədə məlumat vermiş və iştirakçılara uğurlar arzulamışdır.
Sonra ulduzları təbrik etmək üçün söz güləş üzrə Dünya və Olimpiya çempionatlarının hakimi Hicran Şərifova verilmişdir. Hicran müəllim də tədbir barədə ürək sözlərini söylədikdən sonra yarışa start verilmişdir.
Tədbirdə Azərbaycanın tanınmış simaları - olimpiya və dünya çempionları, TV nümayəndələri, jurnalistlər və estrada ulduzları iştirak ediblər.
Mükafatlar uğrunda 60 nəfər mübarizə aparıb. Yarımfinala 18 nəfər - Kamran Quliyev (İTV), İslam Mehrəliyev (ATV, aktyor-aparıcı), Vüqar Bəxtiyar (müğənni), Şəhriyar Əbilov (ATV), Samir Oruc (müğənni), Ayşən (güləşçi), Pərvin Abıyeva (aktrisa-model), Nikol Əhmədova (model), Səlim Abbasov (Əməkdar artist), Lamiyə Noruzova (müğənni), Rüfət Axundov (müğənni), Roza Zərgərli (aparıcı-müğənni), Əminə Şirinqızı (müğənni), Elçin İmanov (aktyor-rejissor), qonaq hərbçi-pilot Elxan, Gülzar İbrahimova ("Sehrli dünya" uşaq jurnalının baş redaktoru), Gülər Şəmiyeva ("Fitnes", "Payım" ət məhsullarının nümayəndəsi) və parodiya ustası Ramin çıxmışlar.
Finala isə beş nəfər qalıb - Lamiyə Noruzova, Rüfət Axundov, Roza Zərgərli, Əminə Şirinqızı və qonaq hərbçi-pilot Elxan.
Ölkəmizin idman, şou-biznes və media ictimayyətinin nümayəndələrinin iştrak etdiyi turnirdə qaliblər, eyni zamanda xüsusi fərqlənənlər qiymətli xatirə hədiyyələri, diplomlar və sertifikatlarla mükafatlandırılmışlar.
I yerə Rüfət Axundov, II yerə Roza Zərgərli və III yerə Əminə Şirinqızı layiq görülmüşlər.
Yarşımanın ən əzmkar iştirakçısı adına müğənni İlhamə Qasımova və bəstəkar müğənni Samir Vida layiq görülmüşdür.
Tədbirin ən gənc iştirakçısı isə güləşçi Şərifov İbrahim Hicran oğlu olmuşdur.
İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.




banner

Oxşar Xəbərlər