AZE | RUS | ENG |


Azərbaycanın siması və birinci xanım olmaq Mehriban Əliyevanın alın yazısıdır

Azərbaycanın siması və birinci xanım olmaq Mehriban Əliyevanın alın yazısıdır
Ukraynanın Versii.com saytında həmvətənimiz, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin və sosial kommunikasiyalar ixtisası üzrə elmlər namizədi Veronika Çekalyukun "Zərif və zabitəli birinci xanım Mehriban Əliyeva ərinin uğurlarının güzgüsüdür” sərlövhəli məqaləsi dərc edilib.
Müəlliflər məqalənin əvvəlində qeyd edirlər ki, bu materialın yazılmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın respublikanın Birinci vitse-prezidenti təyin edilməsi səbəb olub. Azərbaycanın birinci xanımının imici imicologiya və diplomatiya üzrə tədris vəsaitləri üçün nümunədir. Onun qüsursuz reputasiyaya əsaslanan imici son dərəcə diqqətlə və təbii şəkildə yaranıb. Mehriban xanım doğulduğu gündən sanki bilirdi: ölkənin mənafelərinə xidmət etmək, bu ölkənin siması, diplomat və birinci xanım olmaq onun alın yazısıdır.
Məqalədə vurğulanır ki, kütləvi informasiya vasitələri Azərbaycanın birinci xanımını enerjili, savadlı, özünə güvənən və vətənpərvər bir qadın, həyat yoldaşı, ana və cavan nənə kimi təqdim edirlər. O, bunların hamısına macal tapır, şəxsi nümunəsi ilə Azərbaycanın bütün qadınlarına göstərir ki, eyni vaxtda həm qadın, həm sədaqətli həyat yoldaşı, həm ictimai xadim, həm də ibrət götürüləsi nümunə olmaq mümkündür. Bu gün birinci ledinin reytinqi çox yüksəkdir və artmaqda davam edir. Mehriban xanım Əliyevanın nüfuzu və təsiri yenilməzdir.
Müəlliflər bir məqama diqqəti cəlb edirlər ki, birinci xanım ölkənin liderinin həyat yoldaşı olmaqla bərabər, müəyyən şəraitdə dövlətin siyasi həyatında aparıcı yerlərdən birini inamla tuta, başqaları üçün nümunə, qadın gözəlliyinin etalonu, müdrik rəhbər ola bilər. Bu statusa uyğunluq birinci ledinin özünün arzusundan, onun istəklərindən, zəkasından, zövqündən və qəribə də olsa, peşəkarlar komandasından asılıdır. İmicmeykerlər çox vaxt birinci ledinin lazımlı imicini yaratmaq üçün dünyanın məşhur qadınları tərəfindən uğurla sınaqdan keçirilmiş keyfiyyətlərin sintezini təklif edirlər. Azərbaycanın birinci xanımının imicini təqlid edilməyə layiq nümunə saymaq olar: o, incə zövqlü və müdrikdir, bir neçə Avropa dilini sərbəst bilir, həmişə qüsursuz görünür. Bir sözlə, dünyanın bütün qadınları üçün gözəllik etalonudur. Birinci xanım çalışqan və əməksevər, dəqiq və təmkinlidir.
Məqalə müəllifləri sonra yazırlar: "Birinci xanım xeyirxahlıq və mənəviyyat, möhtəşəmlik və geniş ürəklilik ab-havası, xüsusi ovqat yaradır. Şübhəsiz, siyasətçi qadının imici özünə inam, təmkinlilik, cəlbedici zahiri görkəm, lazımi dərəcədə fəallıq və gümrahlıq, təşəbbüskarlıq, nikbinlik, yeri gələndə qətiyyətlilik, əzmkarlıq kimi keyfiyyətlərə malik olmalıdır.
Birinci xanımın imici prezidentin ambisiyalarının təzahürü, onun ağlının və zövqünün, istedadının və digər üstünlüklərinin göstəricisidir. Azərbaycanın birinci xanımının ampluası bu fikirləri təsdiqləyir”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008