• şənbə, 27 Aprel, 05:18
  • Baku Bakı 14°C

Azərbaycanın Merilin Monrosu tapıldı Foto

04.02.14 15:54 2843
Azərbaycanın Merilin Monrosu tapıldı Foto
“Kaspi qlobal” prodakşnın təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişində əməkdar artist Naina İbrahimova iştirak edib. Sözügedən verilişdə tanınmış sənətçilərin, sevimli şou-biznes nümayəndələrinin digər məşhurlara bənzəyən yeni imici insanları təəccübləndirməyə müvəffəq olub.
Kaspi.az saytı xəbər verir ki, Naina həmin verilişdə gözəlliyi ilə dünyaya meydan oxuyan, daha çox kişilərin sevimlisi, Hollivudun əfsanəvi aktrisası Merilin Monro obrazını yaradıb. Aktrisanın yaratdığı bu obraz bazar günü saat 16:30- da ATV telekanalında nümayiş olunacaq.
Qeyd edək ki, verilişin aparıcısı Nərgiz Mahmudzadə, redaktoru Kəmalə Əhmədova, rejissoru Elnaz Əbluc, prodüseri Vasif Ayan, montajçısı isə Ətrabə Babayevadır.Foto"> Foto">

banner

Oxşar Xəbərlər