• çərşənbə axşamı, 19 mart, 07:35
  • Baku Bakı 8°C

Azərbaycanın dövlət başçısı Xorvatiya prezidentini təbrik edib

16.07.18 13:45 453
Azərbaycanın dövlət başçısı Xorvatiya prezidentini təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevXorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə məktub göndərib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Futbol üzrə XXI dünya çempionatında Xorvatiya yığma komandasının uğurlu çıxış edərək bu mötəbər turnirin gümüş medalını qazanması münasibətilə Sizə və dost Xorvatiya xalqına təbriklərimi yetirirəm. Dünya birinciliyinin bütün oyunlarında yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək tarixində ən böyük müvəffəqiyyətə nail olmuş Xorvatiya futbolçularını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram”.
banner

Oxşar Xəbərlər