• cümə, 26 Aprel, 10:12
  • Baku Bakı 12°C

Azərbaycanın birinci xanımı Bolqarıstanın baş naziri ilə görüşüb

20.02.14 12:17 1030
Azərbaycanın birinci xanımı Bolqarıstanın baş naziri ilə görüşüb
APA-nın məlumatına görə, görüşdə ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı, Bakıda və Sofiyada qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, Bolqarıstan paytaxtında müasir incəsənət sərgilərinin təşkili, Sofiyada dostluq parkının yaradılması, Heydər Əliyev Mərkəzində Bolqarıstan musiqiçilərinin konsertlərinin keçirilməsi, Heydər Əliyev Fondunun təşkil etdiyi klassik musiqi festivallarında Bolqarıstan tərəfinin iştirakının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Fondunun fəaliyyətinin beynəlxalq miqyasda böyük maraqla qarşılandığı, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan tədbirlərin məmnunluq doğurduğu vurğulanıb.
banner

Oxşar Xəbərlər