• şənbə, 27 Aprel, 07:58
  • Baku Bakı 12°C

Azərbaycanda yollarla bağlı məsələləri Nazirlər Kabineti həll edəcək

18.11.14 17:12 983
Azərbaycanda yollarla bağlı məsələləri Nazirlər Kabineti həll edəcək
Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana dəyişikliklər edib.
Məlumata görə, respublika və yerli əhəmiyyətli avtomobil yollarla bağlı məsələləri Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti həyata keçirəcək.
Digər dövlət avtomobil yolları ilə bağlı məsələləri yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyini nəzərə almaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirəcək.
banner

Oxşar Xəbərlər