• cümə, 26 Aprel, 20:11
  • Baku Bakı 22°C

Azərbaycanda yeni nazirlik yaradıldı

07.03.14 15:15 1147
Azərbaycanda yeni nazirlik yaradıldı
Prezident İlham Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Nazirlər Kabinetinə tapşırılıb ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, onun strukturu və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
banner

Oxşar Xəbərlər