AZE | RUS | ENG |

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
Azərbaycanda mətbuat orqanlarının sırasına yeni xəbər saytı daxil olub. Diaspor sahəsində ixtisaslaşmış xəbər saytı olan "DiasporPress.az" fəaliyyətə başlayıb.
 
Xəbər portalında xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti və onlarla əlaqələrin genişləndirilməsi, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycanla dostluq münasibətində olan digər xalqların diasporları ilə əlaqələrin möhkəmləndirilməsi, bu sahə ilə bağlı olan bütün fəaliyyətlərin operativ və müntəzəm şəkildə işıqlandırılması təmin ediləcək.
 
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda diaspor xəbərləri ilə yanaşı, ölkədə və dünyada baş verən ictima-siyasi, sosial-iqtisadi, mədəni və geosiyasi mövzuları əhatə edən xəbərlər yayımlanacaq. Bununla yanaşı, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılacaq.

Qeyd edək ki, saytın təsisçi və baş redaktoru diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdilidir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056