• şənbə, 27 Aprel, 03:22
  • Baku Bakı 14°C

Azərbaycanda üç Turizm İnformasiya mərkəzi yaradılıb

29.12.16 12:40 1284
Azərbaycanda üç Turizm İnformasiya mərkəzi yaradılıb
Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi və Bərdə Turizm İnformasiya Mərkəzi yaradılacaq.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzlərinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinə yaradılan Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində həmin nazirlik üçün nəzərdə tutulmuş müvafiq vəsait dairəsində həyata keçirmək tapşırılıb. Turizm İnformasiya mərkəzləri "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda "Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə daxil edilib.
banner

Oxşar Xəbərlər