• çərşənbə, 08 May, 15:35
  • Baku Bakı 16°C

“Azərbaycanda sifarişlə işləyən QHT-lər var”

12.02.15 09:20 1078
“Azərbaycanda sifarişlə işləyən QHT-lər var”
“Biz QHT-ləri qərbyönümlü, şərqyönümlü olmalarına görə təsnif etmirik. Azərbaycanda qeydiyyatdan keçmiş, qeydiyyatdan keçməmiş, eyni zamanda şəffaf və qeyri-şəffaf fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Bununla yanaşı, fəaliyyətlərində QHT haqqında qanunvericiliyi rəhbər tutan QHT, eyni zamanda sifarişlə işləyən QHT mövcuddur. Bizim təsnifat bu şkala üzrə aparılır və onların hər birinə yanaşma da buna uyğun formalaşır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənovun sözlərinə görə, Azərbaycan hökuməti istəyir ki, ölkədə hər bir təşkilatın fəaliyyəti şəffaf olsun, hər bir təşkilatın fəaliyyətində qanunlara sayğı, hörmət göstərilsin.
Şöbə müdiri əfv prosesinə də münasibət bildirərək, bunun davamlı olacağını qeyd edib: “Əfv mütəmadi davam edən prosesdir, Əfv Komissiyası da mütəmadi fəaliyyət göstərən bir qurumdur. Əfv prosesi bundan sonra da davam edəcək”.
banner

Oxşar Xəbərlər