• cümə axşamı, 28 mart, 21:41
  • Baku Bakı 13°C

Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb

13.09.19 15:23 620
Azərbaycanda səyyar yoxlamaların sayı 3 dəfə azalıb
2019-cu ilin əvvəlindən Vergilər Nazirliyi cəmi 562 səyyar yoxlama keçirib.
Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov "Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi” adlı konfrans zamanı deyib.
Onun sözlərinə görə, bu ilin ilk 8 ayı ərzində səyyar yoxlamalar ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azalıb. Bu müddət ərzində səyyar yoxlamalar 1700-dən çox vergi ödəyicisini əhatə edib.
M.Cabbarov əlavə edib ki, Vergilər Nazirliyi gələcəkdə də səyyar yoxlamaların azaldılması siyasətini davam etdirəcək.
banner

Oxşar Xəbərlər