AZE | RUS | ENG |

Azərbaycanda məişət zorakılığına qarşı mübarizədə əldə edilmiş nailiyyətlər təqdirəlayiqdir

Azərbaycanda məişət zorakılığına qarşı mübarizədə əldə edilmiş nailiyyətlər təqdirəlayiqdir
Dünyada hər 3 qadından biri zorakılığa məruz qalır ki, bu, dünya üzrə 1 milyon qadın deməkdir.
Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində qadınlar zorakılığa məruz qalır:
"Biz qadın zorakılığının əsas səbəblərini araşdırmağa çalışırıq. İnsanlar özlərini təhlükəsiz hiss etdikdə onların sosial fəaliyyətləri daha da artır. Əksinə, daim təhlükədə və zorakılıq riski ilə qarşı-qarşıya qaldıqda isə bu, təbii olaraq iqtisadi durumu zərbə altında qoyur. Bizim məqsədimiz bütün qadın və qızların özlərini təhlükəsiz sosial mühitdə hiss etməsini təşkil etməkdir”.
Q.İshaqzai ölkələrin zorakılıqla mübarizədə ədaləti bərqərar etmək niyyəti ilə inzibati və cinayət cəzaları tətbiq etdiklərini bildirib:
"Təqdirəlayiqdir ki, Azərbaycan 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunu qəbul edib. Bu gün Azərbaycan hökumətinin sözügedən qanun qəbul olunduqdan sonra əldə etdiyi irəliləyişləri şərh etməkdən məmnunam. Ədalətin təmin edilməsi, zərərçəkmiş şəxslərin qorunması və onlara dəstəyin təmin edilməsi üçün əlverişli mühitin yaradılması naminə bir sıra hüquqi və normativ sənədlərə düzəlişlər edilib. Buna baxmayaraq, çətinliklər hələ də mövcuddur. 2008-ci ildə Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın nəticələrinə əsasən, bütün qadınların 15%-i həyatlarının müəyyən məqamlarında cinsi partnyorun fiziki zorakılığına məruz qalırlar. 2016-cı ildə "Kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqat” göstərir ki, bu rəqəmlərdə artım müşahidə edilir".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006