AZE | RUS | ENG |

Azərbaycanda İlahiyyat İnstitutu yaradılır - Sərəncam

Azərbaycanda İlahiyyat İnstitutu yaradılır - Sərəncam
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradacaq.
 
Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6900
GBP 1 İngilis funt sterlinqi 2.3644
TRY 1 Türk lirəsi 0.4475
KWD 1 Küveyt dinarı 5.6666
SEK 1 İsveç kronu 0.2090
EUR 1 Avro 2.0865
CHF 1 İsveçrə frankı 1.8097
USD 1 ABŞ dolları 1.7001