AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

Hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılır

Cəmiyyət
27 Mart 2020, 10:44 1109
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır. 
APA-nın məlumatına görə, bu, Milli Məclisə daxil olan "Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsində əksini tapıb. 
Layihə əsasən, hərbi çağırış müddətinin mayın 31-dək uzadılması təklif edilir. 

Layihə Milli Məclisin martın 30-da keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.