AZE | RUS | ENG |

“Azərbaycanda heç kim ehsanın əleyhinə deyil” - Allahşükür Paşazadə

“Azərbaycanda heç kim ehsanın əleyhinə deyil” - Allahşükür Paşazadə
“Ancaq ehsan həddində olmalı və israfçılığa yol verilməməlidir”


“Azərbaycanda heç kim ehsanın əleyhinə deyil”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, müqəddəs Quranda bir neçə yerdə ehsan sözü qeyd edilir: “Lakin bəzi insanlar bunu düzgün anlamır. Xalqımızın mentalitetində belə bir şey var. Deyirlər ki, nə üçün o ehsan verir, mən verə bilmirəm? Gedir balalarının ruzisini kəsir, ehsan verir. O, Allah üçün ehsan vermir, şeytan üçün verir. Allah buyurur ki, varındırsa, ehsan ver, yoxundursa, vermə”.

Şeyx onu da deyib ki, yas məclislərində ehsan həddində olmalı və israfçılığa yol verilməməlidir. "İslamda bir insanın doyması üçün bəs edəcək qədərdən artıq ehsan verilməsi israf hesab edilir”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217