“Azərbaycanda ən çox məni toya çağırırlar“

“Azərbaycanda ən çox məni toya çağırırlar“

Mədəniyyət
01 Oktyabr 2013, 14:36 1078
“Bu gün Azərbaycanda ən çox toya dəvət edilən müğənni mənəm. Hərdən həmkarlarım zəng edib soruşurlar ki, “Səməd müəllim, bu ay neçə toy var?” Əgər desəm ki, azdır, onda rahat olurlar. Müğənnilər işin zəif və ya güclü tərəflərini məndən öyrənirlər”.

Bu sözləri Axşam.az-ın müxbiri ilə söhbətində xalq artisti Səməd Səmədov deyib.

O, toy bazarında ən öndəgedən müğənni olduğunu iddia edib:

“Toy mövsümü başlayanda yaradıcılığımda yeniliklər edə bilmirəm. Ayın 17-25 günü məclislərdə oluram. Azərbaycanda çox ailələr el şənliklərində məhz məni görmək istəyirlər. Bütün fikrimi yaradıcılığıma kökləmişəm. Çünki mənim əlavə gəlir yerim yoxdur. Əlimdən heç bir biznes gəlmir. Mənimki ancaq məclislərdə oxumaq, insanları şənləndirməkdir. Qarşıdan Məhərrəmlik ayı gəlir. Həmin ərəfədə yeniliklər hazırlayacam. Repertuarıma həm bəstəkar, həm də xalq mahnıları daxil edəcəm”.