• cümə axşamı, 02 may, 02:06
  • Baku Bakı 15°C

Azərbaycan XİN-in sözçüsü: "20 yanvar faciəsi hələ beynəlxalq hüquqi qiymətini almayıb"

16.01.18 13:10 553
Azərbaycan XİN-in sözçüsü: "20 yanvar faciəsi hələ beynəlxalq hüquqi qiymətini almayıb"
"20 yanvarfaciəsi hələ də layiqincə beynəlxalq hüquqi qiymətini almayıb".
APA-nın məlumatına görə, bu sözləriXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XİN-in əməkdaşlarının iştirakı ilə20 yanvarfaciəsinin ildönümü ilə bağlı keçirilən anım tədbirində deyib. O bildirib ki, bu, Azərbaycana qarşı aparılan ikili standart siyasətinin tərkib hissəsidir: "Faciədən qısa müddət sonra Mixail Qarbaçova Nobel sülh mükafatı verildi. Hansı əməllərinə görə?"
H. Hacıyev qeyd edib ki, Azərbaycan xarici siyasətinin əsas hədəfi20 yanvarfaciəsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması və beynəlxalq aləmdə həqiqi məlumatların yayılmasından ibarətdir: "20 yanvarfaciəsi 1988-ildə Ermənistanda başlayan etnik təmizləmə siyasətinin,Xocalıfaciəsinin və Azərbaycan torpaqlarının işğalının tərkib hissəsidir. Sovet ordusu faciəni törədərkən Əfqanıstanda iştirak etmiş heyətdən və ermənilərdən istifadə edib. Onlar hücuma Əfqanıstan əməliyyatı kontekstində rəng verməyə çalışırdılar".
XİN rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda möhkəm dövlətçilik ənənələri, institutları var və Azərbaycan beynəlxalq münasibətlərin layiqli üzvüdür.
banner

Oxşar Xəbərlər