• şənbə, 27 Aprel, 04:49
  • Baku Bakı 14°C

"Azərbaycan xalqı hər zaman seçkilərdə fəal iştirak edir"

30.03.18 16:20 836
"Azərbaycan xalqı hər zaman seçkilərdə fəal iştirak edir"
Azərbaycanda prezidentliyə namizədlərin sayının çoxluğu müsbət haldır. Bu, Azərbaycanda demokratik cəmiyyətin formalaşmasının göstəricisidir. Bunu sechki-2018.az saytına açıqlamasında Qırğızıstan parlamentinin deputatı Saydulla Nışanov qeyd edib.
Dəfələrlə Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak etdiyini bildirən deputat deyib: "Hər zaman Azərbaycanda seçki prosesinin daha çox müsbət tərəflərinin şahidi olmuşam. Ötən prezident seçkilərində də müşahidəçi kimi iştirak etmişəm. Həmin seçkidə əhalinin seçkiyə böyük marağını müşahidə etdim. Xalq seçkilərdə fəal iştirak edir və sərbəst şəkildə öz istədiyi namizədə səs verir. Bunun üçün hər cür şərait yaradılıb.”
O qeyd edib ki, son 15-20 ildə Azərbaycan, xüsusilə də paytaxt Bakı sürətlə inkişaf edib.
"Hesab edirəm ki, 11 aprel seçkilərindən sonra bu inkişaf daha da sürətlənəcək”,- deyə S.Nişanov vurğulayıb.
banner

Oxşar Xəbərlər