AZE | RUS | ENG |

Azərbaycan xalçaları dünya hərraclarında

Azərbaycan xalçaları dünya hərraclarında
Dünyada keçirilən hərraclarda böyük maraq göstərilən məhsullardan biri Azərbaycan xalçalarıdır.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, 2013-cü ildə Vyanada, Londonda, 2014-cü ildə isə Nyu-Yorkda keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçaları satışa çıxarılıb.
"Qarabağ”, "Qazax-Borçalı”, "Təbriz”, "Quba” qruplarına aid olan xalçaların ən ucuzu 10 min avroya, ən bahalısı isə 233 min ABŞ dollarına satılıb. Azərbaycan xalçaları 2016-cı il noyabrın 20-də ABŞ-da "Grogan” hərracında Mitçel və Rozali Rudnikin şəxsi kolleksiyasının satışı zamanı ümumilikdə 744 min 200 ABŞ dollarına satılıb.
Bir maraqlı məqam da budur ki, "Azərxalça” hərraclarda satılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Müasir Azərbaycan xalçaçıları tarixi yaddaşın, qədim çeşnilərimizin bərpası ilə milli dəyərlərimizə sahib çıxdıqlarını nümayiş etdirirlər.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311