AZE | RUS | ENG |


Azərbaycan Xalça Muzeyi Gürcüstanda keçirilən beynəlxalq festivala qatılıb

Azərbaycan Xalça Muzeyi Gürcüstanda keçirilən beynəlxalq festivala qatılıb
Gürcüstanda keçirilən Beynəlxalq Xalça Festivalı Axaltsixe şəhərində yerləşən Rabat qalasında davam etdirilib. Festivalda Azərbaycan Xalça Muzeyi ayrıca pavilyonla təmsil olunub.
 
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, tədbirə muzeyin kolleksiyasından 24 ədəd eksponat gətirilib: "Eksponatların hamısı Azərbaycanın müxtəlif bölgələrini və XIX əsrin sonu XX əsrin əvvələrini əhatə edir. Eksponatlar fərqli texnologiyalar əsasında hazırlanmış müxtəlif xalça məmulatlarıdır. Azərbaycan pavilyonuna ziyarətçilər arasında böyük maraq var".

Ş. Məlikova Azərbaycan xalçaları haqqında təqdimat zamanı qeyd edib ki, Azərbaycan xalçaları və zəngin xalça sənəti ölkənin ən böyük sərvətidir. "Azərbaycanın xalçaçılıq sənəti dünyada özünün müxtəlif kompozisiya və ornamentləri ilə fərqlənir və onlar Azərbaycanın tarixi və fəlsəfəsi ilə sıx bağlıdır", - deyə o əlavə edib.
 
Azərbaycan pavilyonunda həmçinin əl işi olan milli suvenirlər, kələğayı  və müxtəlif xalça məmulatlarının satış yarmarkası da təşkil olunub.
 
Festival çərçivəsində Azərbaycan Xalça Muzeyinin baş rəssamı Tariyel Bəşirov və qızı Bahar Bəşirova çətən sənəti barədə ustad dərsləri keçiblər. "Çalışırıq ki, pavilyona baş çəkən hər bir ziyarətçi Azərbaycanın qədim  xalça növü olan çətən sənətinin texnologiyasından xəbərdar olsun", - deyə T. Bəşirov qeyd edib.

Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Xalça Festivalında Azərbaycanla yanaşı Gürcüstan, İran, Türkmənistan, Qırğızıstan, Hindistan, Ermənistan, Türkiyə də iştirak edib.

Festival çərçivəsində yerli və dəvət olunmuş ustalar ziyarətçilərə xalçaçılığın müxtəlif mərhələlərini və texnikasını nümayiş etdiriblər. Həmçinin xalça, ornamentlərin hazırlanması üzrə müxtəlif master-klas və maarifləndirici proqramlar keçirilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008