AZE | RUS | ENG |


Azərbaycan “Worldfood Moscow” Sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb

Azərbaycan “Worldfood Moscow” Sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb
Moskvada keçirilən 26-cı "Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunan Azərbaycan "Ən yaxşı debüt” mükafatına layiq görülüb. 

Sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan "Worldfood Moscow”ya ilk dəfə qatılsa da, pavilyonumuzun milli ornamentlərdən istifadə olunmaqla yüksək zövqlə tərtib edilməsi, nümayiş olunan maraqlı proqram sərginin təşkilatçısı, dünyaca məşhur "ITE Group” tərəfindən yüksək qiymətləndirilib. 

"Made in Azerbaijan” vahid ölkə stendinin ən yaxşılardan biri kimi mükafat alması həm də Sərgi ziyarətçilərinin pavilyonumuza və burada nümayiş olunan təbii və keyfiyyətli məhsullara olan böyük marağının göstəricisidir. 

Azərbaycanın vahid ölkə stendi milli üslubda hazırlanıb və burada qədim adət-ənənələrimizdən olan xalçaçılıq sənəti, milli mətbəximiz, musiqi və rəqslərimiz nümayiş olunur.

Qeyd edək ki, Azərbaycan "Worldfood Moscow” Sərgisində 30-dan çox ixracatçı şirkətlə təmsil olunur. Yerli şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları - meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qidalar "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. 

"Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi sentyabrın 14-dək davam edəcək. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2537
TRY 1 Türk lirəsi 0.4286
KWD 1 Küveyt dinarı 5.6274
SEK 1 İsveç kronu 0.2017
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7162
USD 1 ABŞ dolları 1.7002