• şənbə, 27 Aprel, 02:34
  • Baku Bakı 14°C

Azərbaycan və Xorvatiya arasında iqtsiadi sahədə əməkdaşlığın əsas prioritetləri müəyyənləşdirilib

24.10.16 17:54 1034
Azərbaycan və Xorvatiya arasında iqtsiadi sahədə əməkdaşlığın əsas prioritetləri müəyyənləşdirilib
"Xorvatiya prezidenti ilə görüşümüzdə iqtisadi sahədə əsas prioritetlər müəyyənləşdirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç keçirilən geniştərkibli görüşdən sonra mətbuata bəyanatda deyib. Dövlət başçısı bildiribki, ticarət dövriyyəsinin səviyyəsini artırmalıyıq: "Nəqliyyat sahəsində yaxşı imkanlar var. Bu, təkcə Xorvatiyadan gəmilərin satın alınması ilə bağlı deyil. Baxmayaraq ki, bundan çox razıyıq, çox gözəl gəmilərdir. Gəmilər bizə Xəzər dənizində yükdaşımaları artırmağa imkan verir. Eyni zamanda Azərbaycandan keçən, şirkətlərə və ölkələrə vaxta qənaət etməyə imkan verəcək Şərq və Qərb arasındakı dəhliz, yeni İpək Yolu qeyd etmək istəyirəm. Nəqliyyat sahəsində əməkdaşlıq biznes dairələri üçün də yeni imkanlar açacaq”.
banner

Oxşar Xəbərlər