• cümə, 26 Aprel, 06:56
  • Baku Bakı 12°C

Azərbaycan və Fransa prezidentlərinin görüşü olub

30.11.13 08:06 1496
Azərbaycan və Fransa prezidentlərinin görüşü olub
Noyabrın 29-da Vilnüsdə Azərbaycan prezidenti İlham Əliyevlə Fransa prezidenti Fransua Ollandın görüşü olub. APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Fransa prezidenti Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğulayıb. Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib və bu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olunub.
İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycanla Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər