• şənbə, 27 Aprel, 07:05
  • Baku Bakı 12°C

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeri və tarixi hələ müzakirə edilməyib”

25.05.18 14:21 539
“Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeri və tarixi hələ müzakirə edilməyib”
"Həmsədrlərin iyun ayındaİrəvana səfəri onlar üçün ona görə vacibdirki, gedib oradakı vəziyyətlə tanış olsunlar və fikir mübadiləsi aparsınlar".
APA-nın xəbərinə görə, bunu xarici işlər naziriElmar Məmmədyarovbildirib.
Nazir deyib ki, danışıqların istiqaməti artıq bilinsə də, İrəvanasəfərdən sonra həmsədrlər danışıqları hansı yollarla davam etdirməyitəklif edəcəklər: "Həmsədrlərin bu dəfə Azərbaycana səfəri nəzərdə tutulmayıb. Əvvəlcə Ermənistana gedib yeni hakimiyyətlə tanış olmalıdırlar.Kimlə danışacaqlarını və kimlə işləyəcəklərini bilməlidirlər. Onların ağlında nə olduğunuöyrənsinlər. Bu, həmsədrlər üçün vacibdir".
O əlavə edib ki, həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan XİN başçılarının görüşü təklif edilsə də, hələ tarix və görüş yeri müzakirə edilməyib.
banner

Oxşar Xəbərlər