Azərbaycan turizmi təbliğ ediləcək
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Azərbaycanın
turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi
çərçivəsində "Yenimedia.info” saytı təkmilləşdirilib, domen və hostinqi yenilənib. Sayt
üç dildə Azərbaycan turizmi, tarixi-mədəni, arxeoloji abidələri, mətbəxi ilə
bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr
edilmiş məqalələrlə yenilənəcək.
Qeyd edək ki,
layihə çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, İsmayıllı rayonunda
xarici internet mediada və sosial
şəbəkələrdə, eləcə də bloqqerlik vasitəsilə Azərbaycan turizminin təbliği yollarına dair 4 təlim keçirilib.
Bundan başqa, turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.