• şənbə, 27 Aprel, 08:53
  • Baku Bakı 12°C

Azərbaycan sosial media bumunu yaşayır

03.10.14 11:35 1363
Azərbaycan sosial media bumunu yaşayır
Trend xəbər verir ki, bunu IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” "dəyirmi masa"sının açılışında çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov deyib.
Onun sözlərinə görə, hazırda bütün dünyada internet media artıq klassik medianı sıxışdırmağa başlayıb. Sosial media isə artıq ənənəvi media ilə yanaşı addımlayır: "Hətta bəzən ənənəvi media tərəfindən sosial mediaya qarşı qısqanc münasibət də var. Lakin ənənəvi, klassik media yeniliyə qaşrı çıxmamalıdır. Əksinə, onunla ayaqlaşmağa çalışmalıdır. Yoxsa uduzacağıq".
Qeyd edək ki, "dəyirmi masa" üç paneldən ibarətdir. Panellər "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri", "Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın yeni məqsədi" və "Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu" mövzularına həsr olunub.

banner

Oxşar Xəbərlər