• cümə, 26 Aprel, 19:05
  • Baku Bakı 22°C

Azərbaycan Serbiyaya yardım göndərdi

19.05.14 10:23 1286
Azərbaycan Serbiyaya yardım göndərdi
Bu gün yardım yüklənmiş ilk təyyarə Serbiyaya yola salınıb. Yardımın yola salınması mərasimində Serbiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.
FHN-in Maddi-texniki təchizat idarəsinin rəisi Amal Teymurov jurnalistlərə açıqlamasında bildirib ki, yardım prezident İlham Əliyevin tapşırığı əsasında yola salınır: “Axşam saatlarında isə Bosniya və Herseqovinaya yardım yüklənmiş təyyarə yola salınacaq. Yardıma müxtəlif texniki avadanlıqlar, müxtəlif ölçülü motorlu qayıqlar, 260 ədəd çadır, ədyal, elektrik generatoru, su pompaları və s. daxildir”.
Axşam saatlarında yardım təyyarəsi Belqrada çatacaq, FHN və Azərbaycan səfirliyinin nümayəndələrinin iştirakı ilə Serbiyanın müvafiq qurumlarına təhvil veriləcək.
Qeyd edək ki, Serbiyada və Bosniya və Herseqovinada baş vermiş daşqınlar nəticəsində onlarla insan həlak olub, minlərlə insan evsiz-eşiksiz qalıb./apa/
banner

Oxşar Xəbərlər