• şənbə, 27 Aprel, 09:05
  • Baku Bakı 12°C

Azərbaycan-Serbiya sənədləri imzalanıb

21.05.18 14:31 542
Azərbaycan-Serbiya sənədləri imzalanıb
Mayın 21-də Azərbaycan prezidentiİlham Əliyevin və Serbiya prezidenti Aleksandr Vuçiçin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
APA-nın məlumatına görə, "Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyə Planı”nı Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevvə Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzalayıblar.
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycanın səhiyyə naziriOqtay Şirəliyevvə Serbiyanın səhiyyə naziri Zlatibor Lonçar imzalayıblar.
"Azərbaycan RespublikasınınƏdliyyə Nazirliyiilə Serbiya RespublikasınınƏdliyyə Nazirliyiarasında əməkdaşlıq haqqında” Memorandumu Azərbaycanın ədliyyə naziriFikrət Məmmədovvə Serbiyanın ədliyyə naziri Nela Kuburoviç imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Serbiya baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişi Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasındahavaəlaqələri haqqında” Sazişi Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Serbiya baş nazirinin müavini, tikinti, nəqliyyat və infrastruktur üzrə nazir Zorana Mihayloviç imzalayıblar.
banner

Oxşar Xəbərlər