• cümə, 26 Aprel, 18:01
  • Baku Bakı 22°C

Azərbaycan - Qazaxıstan sənədləri imzalanıb

03.04.17 15:20 820
Azərbaycan - Qazaxıstan sənədləri imzalanıb
Aprelin 3-də Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.
APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevvə Qazaxıstan prezidentiNursultan NazarbayevPrezidentlərin Birgə Bəyannaməsini imzalayıbar.
"Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş”i "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Qazaxıstan Dəmir Yolları Milli Şirkətinin prezidenti Kanat Alpısbayev imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziriŞahin Mustafayevvə Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasımbek imzalayıblar.
"Azərbaycan RespublikasınınXarici İşlər Nazirliyiilə Qazaxıstan RespublikasınınXarici İşlər Nazirliyiarasında 2017-2018-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarovvə Qazaxıstanın xarici işlər naziri Kairat Abdraxmanov imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziriHeydər Əsədovvə Qazaxıstanın baş nazirinin birinci müavini Askar Mamin imzalayıblar.
banner

Oxşar Xəbərlər