• cümə, 26 Aprel, 06:32
  • Baku Bakı 12°C

Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib

29.06.20 18:53 682
Azərbaycan Prezidenti Türkmənistan Prezidentinə zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova telefonla zəng edib.
Prezidentin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və Türkmənistanın firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Türkmənistan Prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın uğurla davam etdiriləcəyinə əminlik bildirilib.
banner

Oxşar Xəbərlər