AZE | RUS | ENG |


Azərbaycan prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri ilə görüşüb

Azərbaycan prezidenti Türkiyənin enerji və təbii sərvətlər naziri ilə görüşüb
Sentyabrın 14-də Azərbaycan prezidenti İlham ƏliyevTürkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb.
 
APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunulub, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
 
Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin önəminə toxunularaq, bunun ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifahının daha da yüksəldilməsi baxımından əhəmiyyəti qeyd edilib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətindən danışılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002