• cümə, 26 Aprel, 12:22
  • Baku Bakı 23°C

Azərbaycan Prezidenti: “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik”

13.04.21 11:17 515
Azərbaycan Prezidenti: “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik”
"Ermənilərin Qarabağda məskunlaşdığı ərazilərə qarşı güc tətbiq etmək planımız yoxdur. Dediyim kimi, Qarabağ münaqişəsi bitib, həll olunub”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Prezident qeyd edib ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri biz öz vətəndaşlarımız hesab edirik: "Bizim bu günə qədər göstərdiyimiz humanitar yardımlar və logistik dəstək də bu niyyətimizi göstərir”.

banner

Oxşar Xəbərlər