• şənbə, 27 Aprel, 03:01
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti OPEC-in baş katibi ilə görüşüb

23.01.18 15:00 833
Azərbaycan prezidenti OPEC-in baş katibi ilə görüşüb
Azərbaycan prezidentiİlham ƏliyevDavosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
APA-nın məlumatına görə, M. Barkindo bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndirir.
Prezidentİlham Əliyevisə M. Barkindonun OPEC-in baş katibi kimi fəaliyyətinin biznes ictimaiyyəti və ölkələrin gözləntilərinin reallaşmasında mühüm rol oynadığını vurğulayıb. Dövlət başçısı Azərbaycanın bundan sonra da OPEC ilə uğurlu əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edərək Məhəmməd Barkindonu ölkəmizə səfərə dəvət edib.
OPEC-in baş katibi dəvəti minnətdarlıqla qəbul edib.
banner

Oxşar Xəbərlər