• cümə, 26 Aprel, 18:31
  • Baku Bakı 22°C

Azərbaycan prezidenti MTN işçilərini mükafatlandırdı - Siyahı - Sərəncam

27.03.14 09:39 1912
Azərbaycan prezidenti MTN işçilərini mükafatlandırdı - Siyahı - Sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzərTAc-ın məlumatına görə, sərəncamda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə, xüsusilə ağır cinayət işlərinin istintaqının aparılmasında fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Həsənov Elşən Bəşir oğlu -polkovnik
Sayılov Şahin Ənvər oğlu -polkovnik
«Vətən uğrunda» medalı ilə:

Bağırov Fariz Nəriman oğlu -polkovnik
Həsənov İlham Məhəbbət oğlu -polkovnik-leytenant
Mirzəyev Məzahir Vahid oğlu -polkovnik-leytenant
Oruclu Elmidar Lətif oğlu -mayor
Rəhimov İmran Məhəmməd oğlu -polkovnik-leytenant
Şıxəliyev Mövlam Məmmədismayıl oğlu-general-mayor
«İgidliyə görə» medalı ilə:

Əliyev Elçin Ərsalan oğlu -general-mayor
Əliyev Tərlan Əşrəf oğlu -mayor
Mahmudov Suad Fuad oğlu -polkovnik-leytenant
«Hərbi xidmətlərə görə» medalı ilə:

Abdullayev Rüfət Kazım oğlu -kapitan
Ağasiyev Əmiraslan Seyidqulu oğlu -polkovnik
Babatov Tehran İbad oğlu -polkovnik
Babayev Elşən İsmayıl oğlu -polkovnik-leytenant
Əliyev Akif Oktay oğlu -mayor
İsgəndərov Araz Ələddin oğlu -polkovnik-leytenant
Quliyev Fəxrəddin Azay oğlu -mayor
Məmmədov Afin Qalabəyi oğlu -kapitan
Rəhimov Farid Talib oğlu -kapitan
Rzayev Ceyhun Fərzalı oğlu -general-mayor".
Azərbaycan prezidentinin digər sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələr verilib.

AzərTAc-ın məlumatına görə, sərəncamda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi rütbələr verilsin:
general-leytenant ali hərbi rütbəsi:

general-mayor Hilal Mirzəli oğlu Əsədova
general-mayor Əli Sabir oğlu Şəfiyevə
general-mayor ali hərbi rütbəsi:

polkovnik Tarverdi Məmməd oğlu Məmmədova".
banner

Oxşar Xəbərlər