• cümə, 26 Aprel, 08:35
  • Baku Bakı 12°C

Azərbaycan prezidenti misirli həmkarını təbrik edib

21.07.18 17:42 295
Azərbaycan prezidenti misirli həmkarını təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevMisir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə məktub göndərib.
APA-nın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab prezident. Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və rifah arzulayıram”.
banner

Oxşar Xəbərlər