• cümə axşamı, 02 may, 02:08
  • Baku Bakı 15°C

Azərbaycan prezidenti Macarıstan Milli Assambleyasının sədrini qəbul edib

17.06.15 15:04 998
Azərbaycan prezidenti Macarıstan Milli Assambleyasının sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 17-də Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan prezident ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da fəal şəkildə inkişaf etdiyini bildirib, əlaqələrin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Dövlət başçısı bu səfərin parlamentlərarası əlaqələrin inkişafı işinə töhfəsini verəcəyinə, ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına əminliyini ifadə edib.
Azərbaycan prezidentinin Macarıstana son səfərinə toxunan L. Köver səfərin mühüm əhəmiyyət daşıdığını və səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Macarıstanlı qonaq birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Görüşdə ölkələr arasında əlaqələrin enerji, təhsil, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər