• cümə, 26 Aprel, 10:51
  • Baku Bakı 12°C

Azərbaycan prezidenti filippinli həmkarına başsağlığı verib

11.11.13 14:21 1160
Azərbaycan prezidenti filippinli həmkarına başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Filippin prezidenti III Beniqno Akinoya başsağlığı verib.
APA-nın xəbərinə görə, dövlət başçısı İlham Əliyevin başsağlığı məktubunda deyilir: “Filippində baş vermiş dəhşətli qasırğa nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Filippin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
banner

Oxşar Xəbərlər