• cümə, 26 Aprel, 06:28
  • Baku Bakı 12°C

Azərbaycan prezidenti Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar sərəncam imzalayıb

30.08.16 18:51 971
Azərbaycan prezidenti Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar sərəncam imzalayıb
Azərbaycan prezidentiİlham ƏliyevCənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyətini nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etmək məqsədi iləMədəniyyət və Turizm NazirliyinəXarici İşlər Nazirliyivə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirməyi tapşırıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.
banner

Oxşar Xəbərlər