• şənbə, 27 Aprel, 08:36
  • Baku Bakı 12°C

“Azərbaycan parlamentarizm sahəsində böyük inkişaf yolu keçib”

30.06.20 11:52 418
“Azərbaycan parlamentarizm sahəsində böyük inkişaf yolu keçib”
"Pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, xaricdəki həmkarlarımızla bir sıra görüşlər keçirilib”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.
Spiker səmərəli fəaliyyət üçün deputatlara təşəkkür edib: "Hər il iyunun 30-da BMT-nin qərarı ilə Beynəlxalq Parlamentarizm Günü qeyd edilir. 1918-ci ildə Xalq Cümhuriyyətinin qurulması, bu gün müasir dövlət qurulması Azərbaycan xalqının demokratik prinsiplərə sadiq olduğunu göstərir. Cümhuriyyət dövründə ilk dəfə qadınlara səsvermə hüquqları verilib. Sovet hakimiyyəti dövründə qanunvericilik orqanı məhdud səlahiyyətə malik olsa da, Azərbaycan xalqı parlamentarizm ənənələrini qoruyub. Sovet dövrü müstəqillik üçün əsasların formalaşması üçün mühüm rol oynayıb. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında mühüm quruculuq işləri görülüb. 1991-ci ildə müstəqillik bərpa ediləndə Azərbaycanın böyük potensialı vardı. Ancaq dövlətimiz 20-ci əsrin əvvəlindəki taleyi yaşamaq təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev Azərbaycan dövlətini parçalanmaqdan və süqutdan xilas etdi. Heydər Əliyev prezident seçilənə qədər 4 ay parlamentə sədrlik edib. Heydər Əliyevin sədr seçilməsi parlamentin nüfuzunu yüksək səviyyəyə qaldırıb. Müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən Konstitusiya əsasında real hakimiyyət bölgüsü həyata keçirilib, peşəkar parlament formalaşdırılıb”.
S. Qafarova qeyd edib ki, Milli Məclis bir çox ölkənin parlamentləri ilə qarşılıqlı əlaqələr qurub: "Bu gün dünyanın tanımış liderləri və dövlət başsçıları sırasında layiqli yer tutan Prezident İlham Əliyev parlamentarizm ənənələrinin inkişafına böyük töhfə verib. 8 il deputat olub, Avropa Şurasının Büro üzvü seçilib. Bu dövrdə AŞPA Azərbaycanın haqq səsini dəstəkləyən bir neçə qərar qəbul edib. Dövlət başçısı qanunvericirlik təşəbbüsünə əsaslanaraq bir çox qanun layihəsini parlamentinə təqdim edir. Parlamentin qanunverici fəaliyyəti dövlət başçısı tərəfindən dəstəklənir”.
Spiker nəzərə çatdırıb ki, parlamentarizm ənənələrinin inkişafından danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır: "Mehriban Əliyeva 12 il deputat olub, 4 amnistiya aktının təşəbbüskarı olub, Azərbaycanı layiqincə təmsil edib. Ümumilikdə, Azərbaycan parlamentarizm sahəsində böyük inkişaf yolu keçib”.
Daha sonra Beynəlxalq Parlamentarizm Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
banner

Oxşar Xəbərlər