• cümə, 26 Aprel, 23:50
  • Baku Bakı 22°C

“Azərbaycan NATO-nun tərəfdaş ölkələri sırasında liderdir”

09.12.13 10:37 1166
“Azərbaycan NATO-nun tərəfdaş ölkələri sırasında liderdir”
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın NATO-dakı hərbi nümayəndəsi, general-mayor Hüseyn Mahmudov NATO-ya səfər edən QHT-lərin, dövlət təşkilatlarının və KİV-in təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti ilə görüşdə bildirib.
Azərbaycanın təşkilata verdiyi töhfələrdən danışan general-mayor xatırladıb ki, Çikaqo sammitindən sonra Azərbaycan Əfqanıstana 1 milyon avro məbləğində yardım edib və 2014-cü ildən sonra da Əfqanıstana töhfə verməyə hazır olduğunu bildirib: “Hazırda Əfqanıstanda Azərbaycanın 94 nəfərlik bölüyü xidmət edir. 2014-cü ildən sonra NATO-nun dəstəyi məhdudlaşacaq və əsasən yardım missiyası olacaq. Ölkəmiz də tərəfdaş olaraq öz töhfələrini verməyə hazır olduğunu bildirib”.
Azərbaycanla NATO arasında tərəfdaşlıq-qərargah proqramı barədə danışan H.Mahmudov bildirib ki, NATO-nun 2 komandanlığında bu günə kimi 20 zabitimiz orada xidmət edib: “Hazırda 7 zabitimiz bu komandanlıqlarda xidmət edir”.
banner

Oxşar Xəbərlər