• cümə, 26 Aprel, 06:37
  • Baku Bakı 12°C

Azərbaycan musiqisi axşamı təşkil olunub

23.10.18 13:15 625
Azərbaycan musiqisi axşamı təşkil olunub
Oktyabrın 22-də "Rotunda Jazz Club”da Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan musiqisi axşamı təşkil olunub.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bugünkü tədbirdə istedadlı cazmenlər Nurlan Abdullazadə, Əfqan Rəsulun triosu və Elvin Bəşirovun qrupu tamaşaçılar qarşısında çıxış ediblər. Onların ifasında populyar caz hitlərinin improvizələri və müəllif kompozisiyaları səslənib.
Böyük maraqla qarşılanan konsertdən sonra jam-session olub.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi və "Jazz Dünyası” jurnalının dəstəyi ilə keçirilən və 14 ölkədən gəlmiş musiqiçilərin iştirak etdiyi Beynəlxalq Caz Festivalı oktyabrın 28-də başa çatacaq.
banner

Oxşar Xəbərlər