• cümə axşamı, 28 mart, 20:24
  • Baku Bakı 13°C

Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır

24.05.20 18:00 591
Azərbaycan innovativ ideyaların tətbiqində çevik addımlar atır
Azərbaycanın müasir informasiya texnologiyalarına yiyələnmək təşəbbüsü dünyanın nüfuzlu şirkətlərindən olan "Signify" şirkəti tərəfindən böyük maraqla qarşılanır və bu şirkət ölkəmizdə mühüm layihələr reallaşdıracaq.
Bu fikriAZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanda ağıllı sistemlərin tətbiqi ilə bağlı gördüyü işlər ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ olacaq. O bildirib ki, Prezident İlham Əliyevlə "Signify" şirkətinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı belə layihələrin ölkəmizin inkişafı istiqamətində müstəsna əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Həyata keçiriləcək layihə çərçivəsində bu il sentyabrın sonunadək Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və bu sistemin işə salınması elektrik enerjisindən hazırkı istifadəni təxminən 50 faizədək qənaət etməyə imkan verəcək. İşıqlandırmanın ən son yenilikləri Bakıda tətbiq olunacaq. Xüsusi vurğulamaq lazımdır ki, Sumqayıt şəhərində küçələrin işıqlandırılması ilə bağlı qiymətləndirmə prosesi başlanılıb və bu, "Ağıllı ölkə" layihəsinin icrasında mühüm komponent kimi nəzərdən keçiriləcək.
Milli Məclisin deputatı əlavə edib ki, "Signify" şirkətinin Azərbaycanda işləməsi, heç şübhəsiz, ölkəmizin əməkdaşlıq üçün dəyərli tərəfdaş olması, eləcə də ölkədə yaradılmış əlverişli biznes və sərmayə mühiti ilə əlaqədardır. O vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən aparılan islahatların nəticəsidir ki, "Signify" və "CISCO" kimi dünya miqyaslı şirkətlər hazırda Azərbaycanla əməkdaşlıq edir və ölkəmizdə ən qabaqcıl texnologiyaların tətbiqi üçün real fəaliyyət göstərirlər. Yeni texnologiyalara tam açıq olan və innovativ ideyaların tətbiqində çevik addımlar atan Azərbaycan bu məsələdə qabaqcıl ölkələrin mövqeyinə yüksəlib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni texnologiyalar yeni miqyasa, dinamizmə, tərəqqiyə, yeni iş yerlərinə və ümumi rifaha xidmət edir.

banner

Oxşar Xəbərlər