AZE | RUS | ENG |

Azərbaycan ilə Gürcüstan dünyada tolerantlıq nümunəsidir

Azərbaycan ilə Gürcüstan dünyada tolerantlıq nümunəsidir
Azərbaycan ilə Gürcüstan dünyada tolerantlıq nümunəsidir. Bu gün bu iki ölkənin ərazisində olan məscid, kilsə və sinaqoqların dövlət tərəfindən təmir və bərpa olması buna əyani sübutdur. AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə səslənib. Gürcüstan parlamentinin deputatı Quram Maçeriasvili tədbirdə çıxış edərək iki ölkə arasındakı dostluq münasibətlərindən danışıb, bu cür tədbirlərin əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq barədə məlumat verib. Ulu öndər Heydər Əliyevin milli, mənəvi dəyərlərə verdiyi qiyməti diqqətə çatdırıb. Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Laqodexi rayon sakrebulunun sədri Kaxa Camburiya çıxışında qeyd edib ki, Gürcüstan dövləti və gürcü xalqı Heydər Əliyevin xidmətlərini heç vaxt unutmur. Onun əziz xatirəsi gürcü xalqının xatirəsində daim yaşayacaq. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, Ümummilli Liderimizin gürcü xalqına böyük sevgisi olub. 2006-2007-ci illərdə Azərbaycanda da təbii qaz probleminin, elektrik enerjisi ilə bağlı çətinliklərin olmasına baxmayaraq, Gürcüstana yardım etməsi bunu sübut edir. Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov çıxışında Ulu Öndərin milli mənəvi dəyərlərə verdiyi qiymətdən danışıb. Bildirib ki, dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda bir ziyarətgah, 17 məscid fəaliyyət göstərirdi. Bu gün isə məscidlərimizin sayı iki mindən çoxdur. Bu gün Gürcüstanda da məscid, kilsə və sinaqoqların sayı çoxdur. Hər iki ölkədə dövlət dini icmalara maliyyə yardımı göstərir, dini ibadətgahları təmir etdirir. Bu deyilənlər Azərbaycan və Gürcüstanın necə tolerant ölkələr olduğunu göstərir. Sonra Laqodexi rayonunun meri Conda Mdivinişvili, MDTF-nin icraçı direktorunun müavini Ceyhun Əliyev, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov və başqaları çıxış edərək ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən danışıb, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi vurğulayıblar. Çıxışlarda Heydər Əliyev və Eduard Şevardnadzenin birgə səyləri nəticəsində həyata keçirilən enerji və nəqliyyat layihələrinin xalqlarımızın rifah halının yaxşılaşmasında mühüm rol oynadığı xüsusi qeyd edilib. Tədbirdən sonra iftar süfrəsi açılıb, ehsan verilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815