• cümə, 26 Aprel, 07:36
  • Baku Bakı 12°C

Azərbaycan hərbçiləri Bastiliya paradında - Parisdə

15.07.14 08:17 1056
Azərbaycan hərbçiləri Bastiliya paradında - Parisdə
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup zabiti Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü və Birinci Dünya müharibəsinin 100-illik yubileyi münasibətilə iyulun 14-də Paris şəhərində keçirilən hərbi paradda iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi qulluqçularımız ölkəmizin bayrağını dünyanın 80-ə yaxın Silahlı Qüvvələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən hərbi paradda ilk dəfə olaraq dalğalandırıblar./apa/
banner

Oxşar Xəbərlər