AZE | RUS | ENG |

"Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır"

Xarici ölkələrdə Azərbaycan mövzusunda təşkil olunan tədbirlər ölkəmizlə bağlı həqiqətlərin hədəflərə çatdırılması üçün çox vacibdir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Azərbaycanın Ankaradakı səfirliyində təşkil olunan konfransda iştirakçıların suallarını yüksək dəyərləndirən şöbə müdiri deyib: "Ünvanlanan suallardan da göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələri əhatə edən islahatlar, o cümlədən xarici siyasətimizin ayrı-ayrı istiqamətləri bizimlə tərəfdaşlıq etmək istəyənlərin sayını artırmaqdadır. Dövlətimizin başçısının bildirdiyi kimi, bütün sahələr üzrə səmərəli əməkdaşlıq etmək istəyən tərəflərlə əlaqə qurmaq Azərbaycan üçün prioritet məsələdir. Bir sıra ölkələr var ki, onların Ankarada diplomatik nümayəndəlikləri var, amma Bakıda yoxdur. Suallardan da göründüyü kimi, bu konfransda ölkəmizin imkanlarından, perspektivdə olan layihələrimizdən bəhrələnmək istəyən tərəflər üçün cəlbedicilik yarada bilən daha bir addım atdıq”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299