• cümə, 26 Aprel, 11:00
  • Baku Bakı 12°C

“Azərbaycan hakimiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları öyrənir və dəyərləndirir”

26.12.13 09:32 1094
“Azərbaycan hakimiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları öyrənir və dəyərləndirir”
Əli Həsənov: “Azərbaycan cəmiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin dəyərləndirmələrini və bəyanatlarını mənasız, əhəmiyyətsiz məsələ hesab etmir”
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan hakimiyyəti bu bəyanatları öyrənir və dəyərləndirir: “Biz bu bəyanatlarda səsləndirilən fikirləri təhlil edirik. Lakin Azərbaycan cəmiyyətinin özünün idarə olunma metodları, prinsipləri və qanuni əsasları var. Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmazdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alır. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımı açıqlamanı verib və təhqiqat gedir. Başqa yeniliklər olacaqsa, bununla bağlı da açıqlamalar veriləcək”.
banner

Oxşar Xəbərlər