• cümə, 26 Aprel, 20:36
  • Baku Bakı 22°C

Azərbaycan dünyəvi respublikadır - Natali Qule

18.06.15 12:51 1462
Azərbaycan dünyəvi respublikadır - Natali Qule
“Bakıda keçirilən I Avropa Oyunları Azərbaycanla bağlı xeyli müzakirəyə səbəb olub”.
APA-nın “opinion-internationale.com” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Fransa senatının üzvü Natali Qule deyib. Onun sözlərinə görə, bəzi tənqidçilər Azərbaycanda “demokratik dəyərlər”in tanınmadığını iddia edirlər: “Azərbaycanın 24 yaşlı çox gənc bir ölkədir. Aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”.
Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir: “Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Lakin ölkəyə qarşı kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bəli, bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Konfransına daxil olan ölkədə keçirilən oyunlarda təmsil olundu. Ermənistan da həmçinin Azərbaycan hökumətinin və erməni idmançıların cəsarətli addımı ilə bu oyunlarda iştirak etdi”.
Senatın sözlərinə görə, geostrateji baxımdan Azərbaycan Avropa ilə müttəfiqdir: “Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu ölkə həmçinin neft, qaz və kənd təsərrüfatı sahəsində də Fransa üçün mühüm ticarət tərəfdaşıdır. Azərbaycan sürətlə inkişaf edir. 1921-ci ildən Azərbaycanda qadınlara səs vermə hüququ verilib. Tamamilə dünyəvi respublikadır. Burda yəhudi icması, xristian kilsəsi var, xristianlarla heç bir problem yoxdur. İslam Konfransına aid bir ölkə olmasına baxmayaraq, İsrail ilə sıx diplomatik əlaqələri var. Burada heç vaxt anti-semitizm problemlər olmayıb. Azərbaycan radikal islama qarşı mübarizə aparır və İŞİD-ə qarşı müttəfiqlər arasında yer alır”.
banner

Oxşar Xəbərlər