• cümə, 26 Aprel, 20:46
  • Baku Bakı 22°C

Azərbaycan diplomatları üçün “yol xəritəsi“

09.07.14 10:05 1382
Azərbaycan diplomatları üçün “yol xəritəsi“
"Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışı zamanı əsas prioritet istiqamətlər bir daha qeyd olundu". Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə deyib.
X.Xələfov bildirib ki, dövlət başçısı çıxışında birinci Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər salındı, qarşıda duran vəzifələr, hədəflər müəyyən olundu: "Azərbaycan diplomatlarına bir "yol xəritəsi" təqdim olundu ki, biz gələcək iki illik fəaliyyətimizdə bu "yol xəritəsini" əsas götürərək diplomatik fəaliyyətimizi və Azərbaycanın beynəlxalq arenada qarşısına qoyduğu hədəflərə nail olmaq üçün səyləri davam etdirək".
banner

Oxşar Xəbərlər