“Azərbaycan diplomatiyası–100 il”

“Azərbaycan diplomatiyası–100 il”

Cəmiyyət
15 İyul 2019, 13:30 16330
Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi çərçivəsində Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə "Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, iyulun 15-19-da keçiriləcək diplomatiya həftəsində Azərbaycanın xarici siyasəti və nailiyyətləri ilə bağlı ölkəmizin aparıcı ali təhsil ocaqlarında təhsil alan 50-yə yaxın tələbəyə sahə üzrə daha dolğun məlumatların verilməsi məqsədilə Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəsmiləri, eləcə də diplomatik nümayəndəliklərimizin rəhbərləri tərəfindən mühazirə və seminarlar təşkil olunacaq.
Tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Eyni zamanda, ulu öndər Heydər Əliyevin zəngin irsi barədə daha geniş məlumatın verilməsi məqsədilə tələbələrin Heydər Əliyev Mərkəzinə ekskursiyası nəzərdə tutulub.
Habelə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, baş prodüseri Arzu Əliyevanın olduğu "Əbədi ezamiyyət” sənədli filminin nümayişi nəzərdə tutulub.