• cümə axşamı, 28 mart, 20:31
  • Baku Bakı 13°C

Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır

23.04.19 13:07 510
Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Emin Hüseynov ABŞ-Azərbaycan Ticarət-Sənaye Palatasının (USACC) görüşü zamanı deyib.
E.Hüseynov USACC üzvlərini və tərəfdaşlarını Azərbaycanda davam edən iqtisadi və institusional islahatlar barədə məlumatlandırıb. O bildirib ki, biznes sahəsində, normativ və institusional islahatlar sayəsində Azərbaycan Dünya Bankının "Doing Business 2019” reytinqində 25-ci yerdə qərarlaşıb və 190 ölkə arasında aparıcı islahatçılardan biri olub.
ABŞ və Azərbaycan arasında ikitərəfli ticari-işgüzar münasibətlər barədə danışan E.Hüseynov vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır. O qeyd edib ki, ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyaları 10 milyard dollar, Azərbaycanın ABŞ-a birbaşa investisiyaları 7,6 milyard dollar təşkil edib.
E.Hüseynov aprelin 4-də Çikaqoda USACC və İllinoys Ticarət Palatasının təşkil etdiyi İllinoys-Azərbaycan birinci kənd təsərrüfatı forumunun Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı üçün əhəmiyyətini yüksək qiymətləndirib.
banner

Oxşar Xəbərlər